Gənc sərhədçilər hərbi andı qəbul ediblər - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında da  gənc əsgərlərin andiçmə mərasimi keçirilib.                                        

Mərasimə hazırlıq barədə raport verildikdən sonra diviziyanın döyüş bayrağı sıra meydanına gətirilib.

Diviziyanın zabiti, mayor Fuad Heydərov çıxış etdikdən sonra andiçmə mərasimi açıq elan olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxışlardan sonra gənc əsgərlər vətəni layiqincə qoruyacaqlarına, əsgəri borclarını şərəflə yerinə yetirəcəklərinə and içiblər.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri general-mayor Niyaməddin Tağıyev qeyd edib ki, son illər həyata keçirilən ardıcıl tədbirlər nəticəsində Diviziyanın maddi-texniki bazası xeyli möhkəmləndirilib, sərhəd zastavaları müasir texnika, avadanlıq və ləvazimatlarla təmin olunub, yeni sərhəd infrastrukturu yaradılıb. Bütün bunlar muxtar respublika sərhədlərinin etibarlı şəkildə qorunmasına və toxunulmazlığına təminat verir.

Niyaməddin Tağıyev  hərbi andı qəbul edən gənc əsgərləri təbrik edib, onlara şərəfli xidmətlərində uğurlar arzulayıb.   

Mərasim şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə başa çatıb.  

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: