Artıq çəkidən əziyyət çəkirsinizsə

A- A A+

Açıq bənövşəyi və tünd bənövşəyi rəngli olan bu bitkinin tərkibində A vitamini, B qrupu vitaminləri, C vitamini, həmçinin Ca, Fe, P duzları zəngindir. Meyvələri iridir, qabıqla örtülüdür, mətli hissəsi zərif tumlu və «cavan» olan badımcan daha keyfiyyətli sayılır. Məhəmməd(s.ə.s) peyğəmbər demişdir ki, «Badımcanı qaynadaraq yumşaldın və içinə zeytun yağı tökün. Onu çox yeyin, çünki adamı hikmətli və güclü edir».

Yüksək antioksidantlarla dolu olan badımcan beyin hüceyrələrini zədələrdən, azad olmuş radikallardan qoruyaraq, bədəndəki zərərli toksinləri məhv edir, tərkibindəki manqan, sink və dəmir qanazlığına kömək edir.

Badımcan ateroskleroz xəstəliyinə qarşı ən yaxşı vasitədir, təzyiqi aşağı salır, ürək döyüntülərini sabitləşdirir, xolesterini orqanizmdən azad etdiyi üçün onu gündəlik qida rasionuna əlavə edən şəxslər uzunömürlü olurlar.

Tərkibində olan çoxlu liflər orqanizmdə toplanmış artıq maye və şlakları təmizləyir. Bu xüsusiyyətinə görə badımcan şəkərli diabet və piylənmədən əziyyət çəkənlər üçün də əvəzsiz qidadır.

Badımcan orqanizmi urat duzlarından təmizlədiyi üçün böyrək daşı, podaqra, osteroxondroz xəstəliklərindən əziyyət çəkənlərə məsləhət olunur. Sümükləri möhkəmləndirir, qığırdağın bərpasına yardım edir, bağırsaqları yumşaldır, qaraciyərin fəaliyyətini nizamlayır.

Artıq çəkidən əziyyət çəkirsinizsə, badımcan köməyinizə gələr. Tərkibi sellüloza ilə zəngindir. Amma o, yağı «sevdiyi» üçün bişirməzdən 10 dəqiqə əvvəl soyuq və duzlu suda saxlamaq lazımdır. Tərkibində yetərincə PP vitamini və nikotin olduğundan siqareti atmaq istəyənlərə də xeyirlidir.

 

“Şərurun səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: