Tikinti-quraşdırma işləri geniş vüsət alıb

A- A A+

Bu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin xətti ilə rayonumuzda bir sıra quruculuq işləri həyata keçirilib. Belə ki, təhsil sahəsində həyata keçirilən quruculuq tədbirlərinə uyğun olaraq cari ilin ilk yarısında Ordubad rayonunun Dəstə kəndində 900 şagird yerlik tam orta məktəb binasının tikintisi başa çatdırılaraq istifadəyə verilib. Hazırda rayonun Vənənd kəndində musiqi məktəbinin, tam orta məktəb binalarının tikintisi və yenidən qurulması işləri davam etdirilir. Bundan əlavə, ötən dövrdə Dəstə kəndində həkim ambulatoriyası binasının tikintisi başa çatdırılıb.

Bu ilin birinci yarısında mədəniyyət sahəsində də quruculuq işləri uğurla davam etdirilib. Rayonun Dırnıs kəndində məscidin tikintisi davam etdirilir.

İlin ötən dövründə Dəstə kəndində isə kənd mərkəzi və müasir xidmət mərkəzi istifadəyə verilib.

                                                                              “El həyatı” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: