Ahılların sağlamlığı diqqət mərkəzində - FOTOLAR
Uşaqlar kimi ahılların da həmişə diqqətə və qayğıya ehtiyacı var. Bu diqqət və qayğını təbii ki, dövlət öz üzərinə götürür. Muxtar respublikada da ahılların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Onların cəmiyyətə inteqrasiyası, habelə sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanılır.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən tibbi sosial ekspert komissiyasının həkimləri ahıllar evi sakinlərini müayinədən keçirib. Ehtiyac duyulanlara müalicə təyin ediblər. Həkimlər onlara tibbi məsləhətlər veriblər.
Sadiq Məmmədov