Əncir yarpaqlarının bilinməyən faydaları

131

Ən qədim mədəni bitkilərdən biri olan əncir həm çox dadlı, həm də çox faydalı, müalicəvi meyvədir. Dahi Avisenna ənciri yaşlı insanlar üçün ən yaxşı, ömrü uzadan qida hesab edirdi.

NUHÇIXAN-ın məlumatına görə, əncirin yarpaqları da müalicəvi xüsusiyyətlərə malikdir. Hələ qədimdə təbiblər öskürəyi, soyuqdəyməni əncir yarpaqlarının dəmləməsi ilə müalicə edirdilər.

Əncir yarpaqlarının tərkibində olan fisin damarlarda trombları əridir, yeni trombların əmələ gəlməsinin qarşısını alır və bununla da infarkt və insultun riskini azaldır. Bu xüsusiyyətə görə əncir və əncir yarpaqlarını hətta “təbii aspirin” də adlandırırlar.

Bundan əlavə əncir yarpaqlarının dəmləməsi qanda xolesterin və triqliseridlərin səviyyəsini aşağı salaraq ürək və damarı xəstəliklərinindən qoruyur. Bütün bunlara görə əncir yarpaqlarından hazırlanmış çay ürək xəstəliklərindən və yüksək təzyiqdən əziyyət çəkənlər üçün çox faydalı sayılır.

Əncir yarpaqlarının xərçəng və mikrob əleyhinə xüsusiyyətləri də var.

Əncir yarpaqlarının dəmləməsi şəkərli diabetdən əziyyət çəkənlərə böyük fayda verə bilər. Bu çayın istehlakı qanda şəkərin səviyyəsini tənzimləyir və bununla da xəstənin qəbul etdiyi dərmanların miqdarını azaltmağa kömək edir.

Əncir yarpaqlarından çay hazırlamaq üçün termosa 2 x.q. xırda doğranmış yarpaqları tökün, üzərinə yarım l qaynaq su əlavə edin, 1 saat dəmləyin.

Bu çay öskürək, bronxit, soyuqdəymə zamanı da çox yaxşı yardım edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: