Muzeylər bayram günlərində xeyli turist qəbul edib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə bayram günlərində muzeylərə gələnlərin sayında artım müşahidə olunub. “Xan Sarayı”-Dövlət Tarix-Memarlıq Muzeyi də bayram günlərində fəaliyyət göstərən mədəniyyət ocaqlarından biridir.
Muzeyə gələnlərin arasında tələbələr və məktəblilər, daha çox üstünlük təşkil edir. Əcnəbilərdən isə Rusiya, İran və Türkiyə vətəndaşları daha çoxdur. Qonaqlar bu diyarın qədim tarixi və müasir memarlıq nümunələri ilə yaxından tanış olur, çəkdikləri fotoşəkilləri sosial şəbəkə hesablarında paylaşaraq muxtar respublikanın turizm potensialının təbliği və tanıdılmasında fəallıq göstərirlər.
Sadiq Məmmədov