Bayram günlərində “Naxçıvan Dəmir Yolları” MMC gücləndirilmiş iş rejimində çalışıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Qurban bayramı ilə əlaqədar əhalinin vaxtlı-vaxtında mənzil başına çatdırılması üçün “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi də gücləndirilmiş iş rejiminə keçib.
Bayram günlərində “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti də Ordubad-Şərur və Şərur-Culfa istiqamətlərində hərəkət edən yük-sərnişin qatarlarının fəaliyyətində intensivlik davam edib.
Qeyd edək ki, muxtar respublikada dəmir yolu nəqliyyatı ilə iyul ayında ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 42 min tondan artıq müxtəlif təyinatlı yük, Ordubad-Şərur və Şərur-Culfa istiqamətlərində hərəkət edən yük-sərnişin qatarları vasitəsilə 12 mindən çox sərnişin daşınıb. Həmçinin ötən ay vaqonlarda və lokomotivlərdə cari təmir işləri görülüb, Culfa Lokomotiv Deposunda lokomotivlər texniki baxışdan keçirilib, Culfa İstismar Vaqon Deposunda müxtəliftipli yük və sərnişin vaqonlarında cari təmir işləri aparılıb. Eləcə də, baş və stansiya yollarında, yağış və leysan sularının maneəsiz ötürülməsi üçün dağüstü kanallarda, körpü yataqlarında, küvetlərdə və beton borularda, alçaq və yüksəkgərginlikli elektrikötürücü hava və təmas şəbəkəsi xətlərində təmir işləri aparılıb, dəmir yolu obyektlərinin və elektrovozların fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə işlər davam etdirilib.
Röyal Kərimov