Şərur şaftalısına yerli bazarla yanaşı xarici bazarlarda da tələbat var - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Şərur rayonunda şaftalı bağlarında yığım davam edir. Şərur şaftalısı yerli bazarla yanaşı paytaxt Bakı şəhəri və qonşu Türkiyə bazarlarına da göndərilir.
Hazırda bağlarda şaftalının 30-a yaxın növü becərilir. Şaftalı ən çox rayonun Dərəkənd və Yuxarı Daşarx kəndlərində əkilir.
Rayonun Dərəkənd sakini Muraz Məmmədzadə ailə üzvləri ilə birlikdə 2 hektar şaftalı bağında müxtəlif növ məhsul yetişdirir. Bağda yaz, yay və payız aylarında yetişən yerli növlər mövcuddur. İndiyə kimi 2 hektar bağdan 50 tona yaxın məhsul toplanılıb.
Novruz Məmmədov