Ordubad və Şahbuz şəhərlərində yeni yaşayış binaları tikilir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, muxtar respublikada əhalinin, xüsuilə də gənc ailələrin mənzil məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam edir. Bu tədbirlərin davamı olaraq Ordubad şəhərində 28 mənzilli, Şahbuz şəhərində isə 40 mənzilli yaşayış binaları tikilir.

Ordubad şəhərində tikilən zirzəmi ilə birlikdə 8 mərtəbəli yaşayış binası 28 mənzildən ibarət olacaq. Hazırda binada beton, hörgü və digər inşaat işləri aparılır. Binanın zirzəmisində xidmət sahələri də yaradılacaq, bərbərxana, qadın gözəllik salonu, dərzi, ərzaq və sənaye malları mağazaları istifadəyə veriləcək. Həyətdə də abadlıq işləri görülür.

Şahbuz şəhərində inşa olunan zirzəmi ilə birlikdə 6 mərtəbədən, 40 mənzildən ibarət olacaq yaşayış binasında isə əsas tikinti işləri yekunlaşdırılıb. Mənzillərdən 20-si üçotaqlı, 20-si isə ikiotaqlıdır. Üçotaqlı mənzillərin ümumi sahəsi 90 və 83, ikiotaqlı mənzillərin ümumi sahəsi isə  63 və 70 kvadratmetr olacaq. Binanın zirzəmisində xidmət mərkəzi,  bərbərxana, qadın gözəllik salonu, dərzi, ərzaq və təsərrüfat malları mağazaları  yerləşəcək.    

Qeyd edək ki, dövlət vəsaiti ilə tikilən binalardakı mənzillər münasib qiymətə gənc ailələrə təklif edilir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: