Naxçıvanlı gənclər ətraf mühitin çirklənməsinə yox deyir - FOTOLAR - FOTOLAR
Bilik fondunun təşkilatçılığı ilə Batabatda “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” devizi altında aksiya keçirilib. Təmizlik və yaşıllıqlara qulluq məqsədilə keçirilən tədbirdə Babək və Şahbuz rayon gəncləri iştirak edib.
NUHÇIXAN xəbər verir ki, aksiya çərçivəsində gənclər Batabatın təbiətinə səhlənkar adamlar tərəfindən atılan polietilen torbaları, müxtəlif qida tullantılarını təmziləyiblər. Ərazidə səliqə-səhman yaradıblar. Gənclər bu addımı ilə Naxçıvanın gözəllik rəmzi sayılan Batabatı, ümumiyyətlə doğma təbiətimizi təmiz saxlamaq üçün hamıya nümunə göstəriblər. Sonra gənclər Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində yerləşən İnformasiya Mərkəzinin flora, fauna və etnoqrafiya muzeyləri ilə tanış olublar.
Aksiyada Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər, Təhsil nazirliklərinin, Gənclər Fondunun və YAP Naxçıvan Muxtar Respublikası Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin üzvləri iştirak ediblər. Belə tədbirlər muxtar respublikanın digər yerlərində də keçiriləcək.
Təmzilik aksiyası 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar keçirilib.
Cavid Səfərli