Ordubad rayonunun Vənənd kəndi müasir yaşayış məntəqəsinə çevrilir - YENİLƏNİB - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ordubad rayonunun Vənənd kəndində bu ilin əvvəlindən  kompleks quruculuq işləri aparılır.

Kənddə 432 şagird yerlik olacaq 3 mərtəbədən ibarət məktəb binasının qapı və pəncərələri, döşəməsi, elektrik və rabitə xətləri, dam örtüyü yenilənib.

Kənddə eyni zamanda Uşaq Musiqi Məktəbi üçün yeni bina tikilir. 3 mərtəbədən ibarət olacaq bu obyektdə siniflər, konsert zalı və digər otaqlar yaradılacaq.

Həmçinin Vənənd kəndində Kənd mərkəzi inşa olunur. Burada icra nümayəndəliyi, bələdiyyə, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının ərazi ilk təşkilatı, baytarlıq, poçt, mədəniyyət evi, kitabxana, rabitə evi, polis sahə məntəqəsi üçün də hər cür şərait yaradılacaq.

Əhaliyə nümunəvi ticarət, məişət və tibb  xidmətləri göstərilməsi üçün  bu yaşayış məntəqəsində müasirtipli xidmət mərkəzi və müasir ambulatoriya da inşa olunur.

                                                                               Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: