Ötən ay Naxçıvanda qanunsuz yaşayan və qeydiyyatsız olan 14 əcnəbi aşkarlanıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən iyul ayında muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 14 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətindən NUHÇIXAN-a bildirilib ki, ötən ay xidmətə, ümumilikdə, 1681 müraciət daxil olub. Onlardan 596-sı elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib. Müraciətlərin 175-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, eləcə də Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

İyul ayında olduğu yer üzrə qeydiyyatla bağlı 1506 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərdən 571-i elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: