Mərci, noxud, lobya kimi bir çox paxlalılar çox ləzzətli olmaqla yanaşı eyni zamanda sağamlığımıza saymaqla bitməyən faydaları var.
B vitamini qaynağı olan quru paxlalılar tərkibindəki B12 ilə yanaşı tiamin, riboflavin, niasin sayəsində sinir sisteminin nizamlı olaraq işləməsini təmin edir. Bunun nəticəsində zehni inkişaf etdirir, yaddaşı artırır. Quru paxlalılar eyni zamanda ağrıya qarşı həssaslıq və yuxu rejimi üzərində də çox təsirlidir. Quru paxlalıların tərkibində olan kalsium sayəsində sümüklərin inkişafında əhəmiyyətli rol oynayır. Tərkibində çox kalori olmamasına görə də quru paxlalılar çəkini nəzarətdə saxlamaqda ideal qidalardır. Quru paxlalılar protein baxımından da olduqca zəngindir. 100 qram quru paxlada 23 qram, yəni günlük ehtiyacın yarısı qədər protein var.
Quru paxlalılar ilə qidalandıqda qalın bağırsaq florası müsbət istiqamətdə dəyişir. Beləliklə bağırsaqların içindəki zərərli bakteriyalar çoxalmır, bunun nəticəsində də düz bağırsaq xərçəngi riski azalır.