Muxtar respublikada pensiya hüququ yaranan 143 vətəndaşa əmək pensiyası təyin edilib

A- A A+

Fondun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu iyul ayında da nəzərdə tutulan tapşırıqların icrasını təmin edib, əmək pensiyaçılarına pensiya ödənişinin vaxtından əvvəl maliyyələşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirib. Bu məqsədlə tələb olunan 11 milyon 753 min manat vəsait pensiyaçıların plastik bankomat kart hesablarına köçürülüb və ya yerlərdə poçt bölmələri vasitəsilə pensiyaçılara çatdırılıb. Eyni zamanda əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi təmin edilib, həmin şəxslərin şəxsi hesablarına və ya poçt ünvanlarına 242 min  manat vəsait köçürülüb.

Ötən ay müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə fondun xəzinə hesabına 7 milyon 266 min manat vəsait daxil olub, pensiya hüququ yaranan 143 vətəndaşa əmək pensiyası təyin edilib.

Fondun aparatına və yerli orqanlarına müraciət edən vətəndaşlarla iş diqqət mərkəzində saxlanılıb, onların tələbləri araşdırılaraq qanunamüvafiq həll edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: