Babək rayonunda ekoloji monitorinq keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Babək rayonu ərazisində ekoloji monitorinq keçirib.

Monitorinq iştirakçıları öncə rayonun iri yaşayış məntəqələrindən biri olan Zeynəddin kəndində olub, yaşıllıq zolaqlarına və meyvə bağlarına baxış keçiriblər. Məlum olub ki, kənd mərkəzinin qarşısındakı ağacların bəzilərində quru budama aparılmasına ehtiyac var. Həmçinin kənddəki marşrut dayanacağının ətraf sahələrində tullantılar lazımi yerlərə atılmayıb. Müvafiq orqanlara tövsiyə edilib ki, qısa müddət ərzində ərazidəki ağacların quruyan budaqları kəsilib götürülsün, tullantılar təmizlənsin.

Sonra ekoloqlar rayonun Sirab və Kültəpə kəndində də olublar. Ərazilərə baxış keçirilib.

Ekoloqlar Naxçıvan çayı ərazisinə baxış keçirib, çaydan və digər içməli su mənbələrindən analizlər aparmaq üçün nümunələr götürüblər.

 

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: