Şahbuz rayonunda 700 hektar torpaq sahəsinin su təminatı yaxşılaşdırılır

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunda 700 hektar əkinəyararlı torpaq sahəsinin  su təminatının yaxşılaşdırılması məqsədilə rayonun Türkeş kəndində qapalı suvarma şəbəkəsinin qurulmasına başlanılıb. Qapalı suvarma şəbəkəsinin tikildiyi ərazidə 31,46 km suvarma xəttinin çəkilməsi, 332 supaylayıcı hovuz və suvarma hidrantının, 17 siyirtmənin, 57 suburaxıcının quraşdırılması nəzərdə tutulub. Hazırda ərazidə 25,5 km uzunluğunda suvarma xətti quraşdırılıb, 300 supaylayıcı hovuz tikilib.

Rayonun Külüs kəndində isə 400 hektar sahəni əhatə edəcək nasos stansiyasının tikintisinə  başlanılıb. Layihəyə uyğun olaraq  ümumi uzunluğu 2100 metr olan təzyiqli boru xəttinin tikintisi nəzərdə tutulub. Artıq 1800 metr təzyiqli boru xəttinin tikintisi başa çatdırılıb. Nasos stansiyası saniyədə 83 litr su vurma gücünə malikdir.

Qeyd edək ki, kənddəki bu sahə uzun illərdir ki, əkilmir. Yeni nasos stansiyasının quraşdırılması həmin sahələrin də əkin dövriyyəsinə qatılmasına imkan verəcək.

 

                                                    Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: