Şərqin qapısı Naxçıvan

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şərur rayonunda “Şərqin qapısı Naxçıvan” mövzusunda tədbir keçirilib

Tədbirdə çıxış edənlər bildiriblər ki, yüksək iqtisadi potensiala malik olan muxtar respublikada bu gün bütün dövlət proqramlarının, infrastruktur layihələrinin uğurla reallaşdırılması  sayəsində Naxçıvan artıq bir sıra mühüm göstəricilər üzrə yüksək nailiyyətlər əldə  edib, mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Ötən il İslam  Mədəniyyətinin Paytaxtı  və ölkəmizin Gənclər Paytaxtı olan qədim diyarımız “CASPİAN EUROPEN CLUB”ın 2017-2018-ci illər üçün ölkənin iqtisadi regionları üzrə hazırladığı investisiya reytinqində ən yüksək ümumi bal toplayaraq birinci olub.

Tədbirin sonunda Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığı ilə bağlı sənədli film nümayiş olunub.

Arzu Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: