Komissiyanın iclası olub

A- A A+

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilib. İclasda Komissiyanın sədri Ramilə Seyidova gündəlikdə duran məsələlərlə bağlı məlumat verib və bu ilin 6 ayı ərzində görülən işlərdən danışıb.

 Komitə sədri bildirib ki, hesabat dövrü ərzində muxtar respublikada olan bütün uşaqların, o cümlədən hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunması, təhsilə cəlb olunması, sosial müdafiələrinin təşkili, xüsusi istedadlarının üzə çıxarılması, müalicə olunmaları ilə əlaqədar tədbirlər görülüb, monitorinqlər təşkil edilib, onlarla bağlı qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilib.

 Məruzə ətrafında çıxışlardan sonra iclasın sonunda Komissiyanın qərarı təsdiq olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: