Muxtar respublikada bu ilin ötən dövrü ərzində 2593 nəfər nikahdan əvvəl tibbi müayinələrdən keçib - FOTOLAR

A- A A+

2017-ci ildən başlayaraq muxtar respublikada ailə qurmaq istəyən gənclər Hepatit B və Hepatit C virus xəstəliyinə qarşı da tibbi müayinələrdən keçirlər. NUHÇIXAN xəbər verir ki,  bu ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikasında 2593 nəfər nikahdan əvvəl tibbi müayinələrdən keçib.

Nikaha daxil olan cütlüklərin tibbi müayinəsi habelə tibbi-genetik, tibbi- psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi pulsuz həyata keçirilir. Onu da qeyd edək ki, həmin şəxslərin tibbi müayinələrinin nəticələri tibbi sirr sayılır və müayinənin nəticəsi şəxsin icazəsi olmadan qarşı tərəfə açıqlanmır.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: