Ordubad rayonunda payızlıq taxıl əkinlərinə hazırlıq işləri görülür

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ordubad rayonunun Dəstə kəndində  “Payızlıq taxıl əkinləri üçün sahənin seçilməsi, növbəli əkin sisteminin tətbiqi, şum altına mineral və üzvü gübrələrin verilməsinin əhəmiyyəti” mövzusunda tarla-seminar müşavirəsi keçirilib. Tədbirdə yay şumunun aqrotexniki qaydalar əsasında qaldırılması, toxumluq materialın tədarük olunması və lizinq xətti ilə gətirilən müasir texnikalardan səmərəli istifadənin əhəmiyyətindən söhbət açılıb. 

Qeyd edilib ki, sahələrin şumlanılmasında Naxçıvan Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin xətti ilə gətirilən yeni texnikalardan səmərəli istifadə olunur. Builki mövsümdə Ordubad rayonunda 1685 hektar sahədən 4785 ton taxıl yığılıb. Artıq sahələrdə payızlıq taxıl əkini üçün yay şumu qaldırılır. Qısa müddətdə 107 hektarda keyfiyyətli şum aparılıb.

Sonda tarla-seminar müşavirəsində ailə təsərrüfatçılarını maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.

                                                                             Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: