Duzla bağlı deyimlər və atalar sözləri

A- A A+

Ulu əcdadlarımız duzla bağlı çoxlu təsəvvürlər yaradıb. Bu da səbəbsiz deyil. Çünki duz qədim diyarımız Naxçıvanda xalqımızın ən dəyərli sərvətlərindən biri hesab olunur. Naxçıvan duzunun şöhrəti ta qədimdən bu ellərdən kənara çıxıb, başqa ölkələrə tonlarla duz ixrac olunub. Naxçıvan duzu öz əksini milli folklorumuzda, yəni xalq ədəbiyyatında da tapıb.Duz və bununla bağlı yaranan nümunələr  olduqca maraqlıdır. Duzdağ Fizioterapiya Mərkəzinin yaradılmasının 40 illiyi münasibətilə Naxçıvanda duz və onunla bağlı yaranmış deyimlər, alqış və qarğışlar, eləcə də atalar sözləri ilə bağlı deyimləri təqdim edirik:

 Atəş daşı, duz daşı,

 Gəl yeyək bulqur aşı.

 Əl-ələ tutaq gedək,

 Dosta, düşmənə qarşı.

                        ***

  Duz kəsən düz olar,

  Duz kəsən namərd olmaz.

                    ***

  Aşın tamı duz ilə,

  Adamı tanı söz ilə.

                     ***

Əlinin duzu yoxdur və yaxud  çörəyinin duzu yoxdur.

                       ***

  Duzu yeyib duzlağı batırma.

                      ***

  Duzsuz adam üzsüz olar.

                       ***

  Duzsuz adamdan düzlük  görməzlər.

                        ***

  Duz-çörəyim haqqı.

                         ***

 Duzdan duzlu olma, baldan şirin.

                       ***

 Ömrün duz dağına dönsün.

                       ***

 Adamı tanımaq üçün onunla bir pud duz yemək  lazımdır.

                           ***

İnək duza aldanar, insan sözə.

                        ***

Süfrəni necə düzəltsən də, duzsuz keçinə bilməyəcəksən.

                        ***

Qız yükü, duz yükü.

                       ***

Dostsuz başım, duzsuz aşım.

                       ***

Duz-çörək borcdur.

                       ***

Duzluğa düşən duz olar.

                      ***

Hələ duza gedirsən.

                     ***

Ətə qurd düşəndə duz vurarlar, bəs duza qurd düşsə, nə edərlər?

                      ***

Duzu ölçüb at, yağı yox.

                     ***

Ata duzlu yeyib, oğlunu susuzluq yandırır.

                     ***

Duz yalamış inək quyuya baxan kimi baxır.

                     ***

Duza dönük çıxan murada çatmaz.

                       ***

Balama nəzər edənin gözləri duz kimi çırtıldasın.

                                                                                                                      “Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: