Daşınmaz əmlak obyektləri üçün mülkiyyət sənədləri hazırlanır

A- A A+

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Babək Rayon İdarəsi tərəfindən 2019-cu ilin iyul ayı ərzində bir çox işlər görülüb.

Belə ki, ötən ay İdarə tərəfindən 17 fərdi yaşayış evinə məxsus texniki pasport hazırlanıb, 62 torpaq sahəsinin planı və ölçüsü tərtib edilib. Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilib. Üç bölgü planı tərtib edilib. İyirmi doqquz  müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.

Ötən dövr ərzində  hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün 79 müraciət daxil olub. Qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılıb və qeydiyyata alınıb. Məhdudiyyət və yüklülüyə dair 41, əmlakın olub-olmamasına dair 9 arayış verilib.

İyul ayında rayonun Məmmədrza Dizə və Aşağı Uzunoba kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq qısa zaman ərzində hüquq sahiblərinə təqdim edilib.

 

“Şərqin səhəri” qəzeti 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: