Günəbaxan yığımına hazırlıq gedir

A- A A+

Naxçıvan Muxtar Respublikası şəraitində sənaye əhəmiyyətli bitkilər içərisində günəbaxanın müstəsna yeri var. Babək rayonunun Şıxmahmud kənd sakini İsa Baxşızadə də 20 ilə yaxındır ki, ailə təsərrüfatı ilə məşğuldur və o, bu ildən ilk dəfə olaraq təsərrüfatında 22 hektar sahədə günəbaxan əkib. Təsərrüfatçı bildirir ki, bu sahəyə üstünlük verməsinin səbəbi günəbaxan bitkisinin  məhsuldarlığının yüksək olması, bazardakı yeri və ən əsası quraqlığa davamlılığıdır.

Onun sözlərinə görə, günəbaxan bitkisi məhsulvermə dövrünə qədər 2 dəfə suvarılır. Məhsuldarlıq isə 1 hektara 30-40 sentiner olur.  Hazırda sahələrdə günəbaxan yığımı üçün hazırlıq gedir. Belə ki, günəbaxanların yığılıb qurudulması üçün ərazidə çadırlar qurulub. Bu gün bitkinin təkcə əkilib-becərilməsi deyil, eyni zamanda müasir texnologiyalara cavab verə biləcək şəkildə  çeşidlənməsi və ilkin emalı səmərəli şəkildə həyata keçirilir. Belə ki,s özügedən təsərrüfatda Türkiyə Respublikasından gətirilmiş müasir çeşidləyici və qabıqayırma avadanlığı quraşdırılıb. Bir neçə gündən sonra günəbaxan bitkisinin çeşidlənməsinə başlanılacaq.

Qeyd edək ki, muxtar respublikaya günəbaxan tumunun əksəriyyəti xaricdən idxal olunur. Ailə təsərrüfatlarının bu sahəyə marağının artması isə idxaldan asılılığın azalmasına şərait yaradacaq.

“Şərqin səhəri” qəzeti
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: