Əhalinin içməli su təminatı yaxşılaşdırılır

A- A A+

Muxtar respublikada “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə böyük layihələr həyata keçirilib. Həyata keçirilən layihələr çərçivəsində yeni su mənbələrinin yaradılması, anbarların, nasos stansiyaların və paylayıcı şəbəkələrin tikilməsi ilə yanaşı, tullantı sularının zərərsizləşdirilib kənarlaşdırılması üçün müasir təmizləyici qurğular da inşa olunub, istismara verilib. Muxtar respublikada rayon mərkəzi və ətraf kəndlərdə əhalinin su təchizatının yaxşılaşdırılmasına, kanalizasiya sistemlərinin yenilənməsinə xüsusi diqqət yetirilir. Əhalini  dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün müvafiq işlər görülür. 2012-ci ildən həyata keçirilən “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunda Naxçıvançay yatağında müxtəlif diametrli borularla 1,5 kilometr kaptajın tikintisi  başa çatıb, baxış quyuları quraşdırılıb. Kaptajdan su anbarına qədər şüşə lifli borularla 5,1 kilometr xətt çəkilib. Ümumi tutumu 15 min kubmetr olan 2 su anbarının tikintisi  başa çatıb, su anbarından Babək qəsəbəsinə qədər  7,65 kilometr aparıcı boru xətti çəkilib. 2019-cu ilin ötən dövründə Babək qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi işləri davam etdirilib, 1,5 kilometr içməli su xətti və  0,54 kilometr kanalizasiya xətti çəkilib, 143 su ev birləşməsi  və 243  kanalizasiya ev bağlantısı aparılıb. Layihə çərçivəsində Babək rayonunda ümumilikdə  94,4 kilometr içməli su,  90,2 kilometr kanalizasiya xətti çəkilib, 3939 su ev birləşməsi  və 1950  kanalizasiya ev bağlantısı aparılıb. 
  
Artıq Babək qəsəbəsində sayğaclaşma işləri görülür, vətəndaşlarla müqavilələr bağlanır. Sayğaclaşdırma işlərinin görülməsi su təchizatını yaxşılaşdırmaqla yanaşı,  su sərfiyatının normaya salınmasına, sudan qanunsuz istifadə və su israfçılığının qarşısının alınmasına səbəb olur. 


     “Şərqin səhəri” qəzeti
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: