Vəzifələr icra olunur

A- A A+

Babək Rayon Məşğulluq Mərkəzi “Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu”nu və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nı rəhbər tutaraq 2019-cu ilin iyul ayı ərzində nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi üçün fəaliyyət göstərmiş, işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi və sosial müdafiəsinin gücləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirmişdir.

Məşğulluq Mərkəzində mühüm fəaliyyət sahəsi olan işaxtaran vətəndaşların əmək fəaliyyətinə cəlb olunması diqqət mərkəzində saxlanılıb, 2019-cu ilin iyul ayı ərzində rayon Məşğulluq Mərkəzi tərəfindən 76 işaxtaran vətəndaş qeydiyyata alınıb. İşaxtaran vətəndaşlardan 40-ı  iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub. Gənclərin, sağlamlıq imkanlarını itirmiş şəxslərin və qadınların məşğulluğunun təmin olunması məqsədilə işlər davam etdirilib, hesabat ayı ərzində işlə təmin olunanların 27-si gənc, 2-si qadın, 3-ü isə sağlamlıq imkanlarını itirmiş şəxslər olub.

Tədbirlər Planına uyğun olaraq, ötən ay əmək yarmarkası keçirilib. Mərkəzin əməkdaşları rayonun idarə, müəssisə və təşkilatlarından, eləcə də özəl müəssisələrdən 221 boş (vakant) iş yerini yarmarka iştirakçılarına təqdim edib.  Keçirilən əmək yarmarkasında  31 işaxtaran vətəndaşa işlə təmin olunması üçün göndəriş verilib.

Hesabat dövrü ərzində sosial qayğıya ehtiyacı olan şəxslərin özünüməşğulluğunun təmin edilməsi məqsədilə rayonda uzun müddət ünvanlı dövlət sosial yardımı alan ailələr müəyyənləşdirilib, əvvəlki aylarda özünüməşğulluq proqramına cəlb edilmiş doqquz ailəyə verilən iribuynuzlu mal-qara onların şəxsi mülkiyyətinə keçirilib. Bu dövrdə müvafiq dövlət proqramının icrası məqsədilə rayonda iki aztəminatlı ailəyə yanında balası olan bir baş iribuynuzlu mal-qara, bir  ailəyə isə yanında balası olan 10 baş xırdabuynuzlu heyvan verilib.

                                                          “Şərqin səhəri” qəzeti  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: