Yüksək səviyyəli kommunal xidmət göstərilir

A- A A+

Ordubad Rayon Kommunal Müəssisələr Kombinatının  işçiləri tərəfindən Ordubad şəhərindəki park və xiyabanların təmizliyinə ciddi fikir verilir, salınmış yaşıllıq zolaqlarında ağac və gül kollarına aqrotexniki qulluq göstərilir. Həmçinin rayonun bütün kənd və qəsəbələrində məişət tullantılarının ayda 4 dəfədən az olmayaraq bələdiyyələrlə birgə tərtib edilmiş qrafikə əsasən  yığılıb daşınması təmin edilib. Rayonda tullantıların yığılması üçün kənd və qəsəbələrə 331 ədəd irihəcmli, 22 ədəd müasirtipli, şəhərdə isə 12 ədəd iri həcmli, 116 ədəd müasirtipli təmizlik qutusu qoyulub. Şəhər daxilində 5 ədəd yük maşını və 1 ədəd qoşqulu traktor məişət tullantılarının daşınması üçün,  bir ədəd buldozer isə poliqonda tullantıların məhv edilməsi üçün ayrılıb.


                                                      “El həyatı” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: