Meliorasiya və irriqasiya tədbirləri davam etdirilir

A- A A+

Ordubad Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən 2019-cu ilin ötən dövründə kanalların və arxların sukeçirmə qabiliyyətini artırmaq, su itkilərini aradan qaldırmaq, torpaqların su təminatını yaxşılaşdırmaq məqsədilə tədbirlər görülüb.

Ötən dövrdə su istifadəçilərinə 17 milyon kubmetr su verilib. Bunun müqabilində 14 min hektar torpaq sahəsi suvarılıb. 10 kilometr kanal, 56 kilometr ara arxlar lildən təmizlənib, 200 metr suvarma boru xətti təmir edilib, 900 metr selə qarşı istiqamətləndirici bənd salınıb.

Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə arxlarda yenidənqurma işləri aparılıb, yeni arxlar qazılıb istifadəyə verilib. Dəstə kəndində 200 metr yeni arx çəkilib, Aza kənd arxının 150 metr hissəsinin yeri dəyişdirilib, mənbəyini yüksək dağlıq ərazidən götürən və Ordubad çayını qidalandıran Zəvvar arxının 4,2 kilometr hissəsi təmir-bərpa olunub.

Ordubad rayonu ərazisində sərhəd boyu mövcud olan çay və selovların Araz çayına qovuşan hissəsində su keçidlərinin tikintisi davam etdirilib, 14 su keçidinin tikintisi başa çatdırılıb. 

Əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün 210 metr yeni içməli su xətti çəkilib, müxtəlif diametrli mövcud xətlərdə 13 kilometr, kaptajda isə 380 metr təmir-bərpa işləri yerinə yetirilib.

Gilançaydakı kaptajdan Ordubad şəhərinə gedən içməli su xəttinin yerinin dəyişdirilməsi istiqamətində də işlər davam etdirilib.

                                                                        “El həyatı”  qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: