Culfa-Ordubad avtomobil yolunun yenidənqurulması davam etdirilir - FOTOLAR

A- A A+

Son illər muxtar respublikada avtomobil yollarının yenidən qurulması Naxçıvanın tranzit imkanlarını xeyli artırıb. NUHÇIXAN xəbər verir ki, bu tədbirlərin davamı olaraq sonuncu layihə olan Culfa-Ordubad avtomobil yolunun yenidənqurulması davam etdirilir.

Layihəyə əsasən, Culfa-Ordubad avtomobil yolunun Culfa-Yaycı hissəsi 4 zolaqlı, Yaycı-Ordubad hissəsi isə ikizolaqlı hərəkət hissəsindən ibarət olacaq. Yolun Culfa rayonu ərazisindən keçən hisəssində torpaqbərkitmə işləri yekunlaşdırılıb, magistrala asfalt örtük verilib.  Hazırda yolun Düylün-Dəstə kəndləri ərazisindən keçən hissəsində texnikanın gücündən istifadə olunaraq yol yatağı genişləndirilir, yeni körpü və suötürücülər tikilir, digər hissələrində torpaq işləri aparılır. Ümumi uzunluğu 48 km olan yolun keçdiyi yerlərdə  120  su keçidi və 6 körpü salınacaq. Asfalt örtüyü yağış sularından qorumaq üçün yol kənarlarında 28 kilometr uzunluğunda su kanalı  tikiləcək. Hazırda Culfa-Ordubad magistral avtomobil yolunun müxtəlif hissələrində tikinti işləri davam etdirilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci il mayın 16-da “Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb, yolun tikintisinə 30 milyon manat vəsait ayrılıb.

                                                                                Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: