Sağlamlıq imkanları məhdud şəxsə qulluq edən vətəndaşlara Prezident təqaüdü ödənilir

A- A A+

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən  NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublikada sağlamlıq imkanları məhdud şəxsə qulluq edən vətəndaşlara Prezident təqaüdünün ödənilməsinə başlanılıb.  Aprel ayının ilk günündən hesablanmaqla ödənilən Prezident təqaüdü bugünədək muxtar respublikada 1642 nəfər sağlamlıq imkanları məhdud şəxsə qulluq edən vətəndaşları əhatə edib.

Qeyd edək ki,  Prezident İlham Əliyevin 2019-cu il 15 aprel tarixli fərmanı ilə, I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: