NUHÇIXAN xəbər verir ki, Şərur rayonunun torpaq mülkiyyətçiləri ötən il 141 hektarda soğan yetişdirib, 2607 ton məhsul tədarük edərək bazar və yarmarkalara çıxarıblar.
Bu ilki əkin mövsümündə Şərur rayonunun torpaq mülkiyyətçiləri bu sahəyə daha çox maraq göstərirlər. Əkin sahələri genişləndirilərək 150 hektara çatdırılıb. Rayonun Cəlilkənd, Zeyvə, Aralıq, Xələc, Şəhriyar və digər yaşayış məntəqələrində bu sahəyə maraq daha çoxdur. Hazırda rayonda kütləvi şəkildə soğan yığımına başlanılıb.
Məhəmməd Fərəcov