Muxtar respublikada aztəminatlı ailələrin özünüməşğulluğu diqqət mərkəzindədir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, aztəminatlı ailələrin özünəməşğulluğu ilə bağlı növbəti tədbir keçirilib. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən işlər barədə danışıb. Qeyd olunub ki, özünüməşğulluğa cəlb olunan ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib.

Sonda aztəminatlı ailə təmsilçilərinə verilən aktivlərlə bağlı sənədlər təqdim olunub.

Qeyd edək ki, ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına köməklik göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Babək, Ordubad, Şərur, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayonlarından olmaqla, ümumilikdə 22 aztəminatlı ailə müəyyənləşdirilib. Həmin aztəminatlı ailələrdən 17 nəfərə  yanında balası olan iribuynuzlu mal-qara, 2 nəfərə yanında balası olan 10 baş xırdabuynuzlu heyvan,  2 nəfərə mini yer şumlayan aqreqat, 1 nəfərə isə meyvə şirələri və turşuların hazırlanması üçün ləvazimatlar verilib.

Ərhan Novruzov    

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: