Kültəpə kəndində kompleks quruculuq işləri görülür - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Babək rayonunun Kültəpə kəndində kompleks quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır.

 Hazırda kənddə məktəb, xidmət mərkəzi, kənd mərkəzi və həkim ambulatoriyası üçün ayrı-ayrı binalar inşa edilir.

Kənddə inşa edilən məktəb   360 şagird yerlikdir. Təhsil ocağında 20 sinif otağı, 3 laboratoriya, 1 kompüter otağı, 2 elektron lövhəli sinif, şahmat otağı, kitabxana, hərbi kabinə və idman zalı yaradılıb. Hazırda məktəbdə tikinti işləri başa çatdırılıb, son tamamlama işləri həyata keçirilir.

Yaşayış məntəqəsində inşa edilən digər üçmərtəbəli olacaq binanın birinci mərtəbəsində həkim ambulatoriyası, rabitə şöbəsi və avtomat telefon stansiyası yerləşəcək. İkinci və üçüncü mərtəbələrdə isə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və digər qurumlar fəaliyyət göstərəcək.

Eyni zamanda kənddə tikilən xidmət mərkəzində də işlər yekunlaşmaq üzrədir. Mərkəzdə əhaliyə müxtəlif  ticarət və  məişət xidmətləri göstəriləcək.      

Əlavə olaraq kəndin yolları, rabitə və elektrik xətləri də əsaslı təmir edilir.

Qeyd edək ki, Babək rayonunun Gülşənabad kəndində də yeni sosial obyektlər inşa olunur.

                                                Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: