Püstə bağına aqrotexniki qulluq göstərilir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan-Sədərək magistral yolunun kənarında 100 hektar sahədə salınmış püstə bağında aqrotexniki tədbirlər həyata keçirilib.                                             

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları  tərəfindən mövsümə uyğun olaraq bağda ağaclara qulluq göstərilib, ərazi alaq otlarından təmizlənib, otlar  biçilib. Həmçinin texnikanın gücündən səmərəli istifadə olunaraq cərgəarası torpaqlar yumşaldılıb, arxlar çıxarılıb və suvarma işləri həyata keçirilib.

İqtisadi cəhətdən səmərəli olan püstənin toxum və tingi əvvəllər muxtar respublikaya xarici ölkələrdən gətirilirdisə, artıq bunlar əkilən püstələrdən əldə olunur. Eyni zamanda mədəni bağçılığın inkişaf etdirilməsi məqsədilə Türkiyə Respublikasından gətirilmiş məhsuldar sortlar vasitəsilə püstə ağacları calaq edilib.

Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: