Südçülüklə məşğul olan ailə təsərrüfatçıları maarifləndirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Babək rayonunun Kültəpə kəndində Məhəmmədəli Məmmədova məxsus süd emalı müəssisəsində südçülüklə məşğul olan ailə təsərrüfatçıları ilə birgə maarifləndirici tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşı Azər Hümbətov ailə təsərrüfatı ilində sahibkarlarla birgə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən, onlara  yaradılan şəraitdən, göstərilən dövlət  dəstəyindən danışıb.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev, nazirliyinin aparıcı mütəxəssisi Lalə Məmmədli və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı İlham Seyidov müxtəlif mövzularda məlumatlar veriblər. Sonra ailə təsərrüfatçılarını maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb və iştirakçılara maarifləndirici bukletlər paylanılıb. 

 

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: