Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 2019-cu ilin yanvar-iyun aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 449,3 manat təşkil edib. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz çoxdur.