Muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 31 milyonu ötüb

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 31 milyon 205 min 500 manat olub ki, bu da 2018-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 3,8 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 25 milyon 213 min 300 manat təşkil edib və bir il öncəyə nisbətdə 2,3 faiz artıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: