Muxtar respublikada ailə təsərrüfatlarına güzəştli maliyyə dəstəyi göstərilir  - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərmək məqsədi ilə yaradılan Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin yanvar-iyul ayları ərzində 19 ailə təsərrüfatına 215 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.

İqtisadiyyat Nazirliyinin əməkdaşı Rəmzi Əlizadə Naxçıvan televiziyasının əməkdaşlarına bildirib ki, bu ilin 7 ayı ərzində Sahibkarlığın İnkişafı Fonduna sahibkarlar və ya təsərrüfat subyektləri tərəfindən 174 müraciət daxil olub. Daxil olan müraciətlər üzrə monitorinqlər aparılıb, iqtisadi cəhətdən səmərəli hesab edilən müxtəlif təyinatlı prioritet layihələrlə bağlı sahibkarlıq subyektlərinə və ailə təsərrüfatlarına biznes planların və digər zəruri sənədlərin hazırlanması istiqamətində köməkliklər göstərilib. Nəticədə yanvarın 1-dən avqustun 1-dək Fondun vəsaitləri hesabına müvəkkil kredit təşkilatı vasitəsilə 36 layihənin maliyyələşdirilməsinə 6 milyon 221 min manatdan çox kreditlər verilib.

Həmin dövrdə sənaye yönümlü 3 layihənin maliyyələşdirilməsinə 5 milyon 505 min manat kredit verilib. Kənd təsərrüfatı məhsulları istehsalı üçün də maliyyə dəstəyi göstərilib.

Nazirliyin əməkdaşı həmçinin qeyd edib ki, kənd təsərrüfatı məhsulları istehsalı, o cümlədən heyvandarlıq, arıçılıq, quşçuluq və digər sahələrin yaradılması məqsədilə 36 layihənin maliyyələşdirilməsinə 706 min manat, eləcə də xidmət yönümlü  bir layihə üzrə 10 min manat həcmində vəsait yönəldilib.

 

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: