Mənşur Gülməmmədli mükafatlandırılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, mülki aviasiyanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli mülki aviasiya sahəsinin fəxri “Şərəf nişanı” və pul mükafatı ilə təltif edilib.

Tədbirdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov bildirib ki, son illər Naxçıvan Beynəlxalq Hava Limanının nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi sərnişinlərə nümunəvi xidmət göstərilməsinə hərtərəfli imkan yaradıb. Qeyd olunub ki, Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni uçuş-enmə zolağının inşası və Türkiyə üzərindən yeni hava dəhlizinin açılması Naxçıvanda hava nəqliyyatı sahəsində fasiləsiz fəaliyyətin təmin olunması, eyni zamanda  beynəlxalq əməkdaşlığın genişlənməsi üçün əsaslı zəmin yaradacaq. Vurğulanıb ki, həyata keçirilən bütün bu işlərdə Naxçıvan  Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədlinin səmərəli fəaliyyəti də mühüm əhəmiyyət daşıyır. Məhz bunun nəticəsidir ki, o, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti  və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən səmərəli fəaliyyəti, eyni zamanda  50 illik yubileyi  münasibətilə mükafatlandırılır.

Sonra Mənşur Gülməmmədli mülki aviasiya sahəsinin fəxri “Şərəf nişanı” və pul mükafatı ilə təltif edilib.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti İlham Əmirov və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov Mənşur Gülməmmədlini bu münasibətlə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıblar.

Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli əməyinə verilən yüksək qiymətə görə minnətdarlıq edib. Sonda xatirə şəkli çəkdirilib.

Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: