Lotoreyada udulan hədiyyələr sahiblərinə təqdim edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Cahan AVM” Məhdud Məsuliyyətli Cəmiyyətində alış-veriş zamanı lotoreya biletləri əldə edərək müxtəlif uduşlar qazanan istehlakçıların adları avqustun 17-də “Əyləncə Adası” İstirahət Mərkəzində keçirilən konsert proqramında məlum olub. Həmin lotoreyalarda udulan hədiyyələr, eləcə də minik avtomobili  sahiblərinə təqdim edilib.                                

Tədbirdə “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının aparat rəhbəri Azər Cəfərov qeyd edib ki, “Cahan AVM”-də avqustun 17-də keçirilən kompaniyada uduş lotoreyaları satışa qoyulub. Holdinq tərəfindən 1 OPEL “KORSA” markalı avtomobil, 3 “Samsunq” markalı paltaryuyan, 10 televizor, 2 kondisioner, 3 divan dəsti və 2 mətbəx divan dəsti uduşa qoyulub. Qeyd olunan uduşların əksəriyyəti muxtar respublika vətəndaşları tərəfindən udulub.

Sonra OPEL “KORSA” markalı avtomobilin açarı Babək rayonunun Nehrəm kənd sakini Hidayət Mehdiyevə təqdim edilib. Hidayət Mehdiyev göstərilən diqqətə görə minnətdarlıq edib.

 

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: