NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının əhalisinin 162 min 113 nəfəri və ya 35,7 faizi uşaqlardır. Muxtar respublikada 215 ümumtəhsil məktəbi, 26 uşaq musiqi məktəbi, 21 məktəbəqədər, 36 məktəbdənkənar təhsil müəssisəsi, 18 orta ixtisas və peşə məktəbi fəaliyyət göstərir. Onların əksəriyyəti müasir şəraiti olan binalarla təmin edilib. Ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhə quraşdırılıb. 87 faizi internetə qoşulmaqla, hər 11 şagird 1 kompüterlə təmin olunub. 2017-2018-ci tədris ilində 3500-dən çox uşaq maraqlarına uyğun peşə və ixtisaslara yönləndirilib. Hazırda muxtar respublikada 30 minə yaxın uşaq və gənc idmanla məşğul olur.