Sağlamlıq imkanları məhdud uşaqlar arasında rəsm müsabiqəsi keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, avqustun 22-də, Naxçıvan şəhərində yerləşən Əcəmi seyrəngahında sağlamlıq imkanları məhdud uşaqlar arasında “Naxçıvan - Tarixi Abidələr Diyarı” mövzusunda rəsm müsabiqəsi keçirilib.
Sosial könüllülərin də iştirak etdiyi müsabiqədə 12 sağlamlıq imkanları məhdud uşaq iştirak edib. İştirakçılardan Qeybalı Məmmədov birinci, Fəridə Babayeva ikinci, Hüseyn Abdullayev isə müsabiqənin üçüncüsü olub.
Sonda qaliblərə diplomlar, digər iştirakçılara həvəsləndirici mükafatlar təqdim edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının da birgə təşkilatçılığı ilə keçirilən tədbirdə məqsəd sağlamlıq imkanları məhdud uşaqların yaradıcılıq potensiallarını artırmaq və sosial reabilitasiyasına nail olmaqdır.