Ordubad rayonunda mədəni-kütləvi tədbir keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Ordubad rayonunun Dırnıs kəndində mədəniyyət günü  keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin direktoru Səyyar Məmmədov və Ordubad rayonundakı Kotam kənd Mədəniyyət evinin metodisti Rəcəb Quliyev muxtar respublikanın rayonlarında ənənəvi olaraq keçirilən tədbirin əhəmiyyətindən danışıblar.

Vurğulanıb ki, muxtar respublikada milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb. Belə tədbirlər unudulmaqda olan milli dəyərlərimizin yenidən xalqımıza qaytarılmasında mühüm rol oynayır.

Sonra Ordubad Rayon Mədəniyyət Şöbəsinin tabeliyindəki Ordubad Rayon Uşaq Musiqi Məktəbinin muğam ansamblının, mədəniyyət evləri və klubların dərnək üzvlərinin, rəqs və yallı qruplarının, eləcə də folklor kollektivlərinin ifasında "Tənzərə" yallısı, "Nar ağacı, nar çiçəyi" xalq mahnısı, "Şur" təsnifi "Ruhani" aşıq havası, "Elçilik" və "Haxışta" mərasimləri və digər xalq yaradıcılığı nümunələri təqdim edilib.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: