NUHÇIXAN xəbər verir ki, bu gün Naxçıvan şəhərinin Xətai küçəsindəki mərkəzi bazarda növbəti kənd təsərrüfatı mallarının yarmarkası təşkil olunub. Burada Naxçıvan şəhər sakinləri və qonaqlara müxtəlif çeşidli kənd təsərrüfatı və ərzaq məhsulları təklif olunub. Yarmarkaya ümumilikdə 22 istehsal müəssisəsi tərəfindən 80 növdə, 269 çeşiddə məhsul çıxarılıb. 600-dən çox ailə təsərrüfatçısı tərəfindən bazara çıxarılan məhsullar qısa müddətdə satılıb.
Məhəmməd Fərəcov