NUHÇIXAN xəbər verir ki, bu il Şərur rayonunda kartof əkini sahələri 1.094 hektara çatdırılıb. Kartof üçün münasib yerlərin seçilməsi, şumdan əvvəl torpağın üzvi və mineral gübrələrlə zənginləşdirilməsi, şumun normal dərinlikdə aparılması, becərmə tədbirlərinin aqrotexniki tələblər səviyyəsində yerinə yetirilməsi nəticəsində fermerlər və torpaq mülkiyyətçiləri bol məhsul yetişdiriblər.
Hazırda kartof yığımının əsas dövrüdür. Bu günə kimi əkilən sahələrin yarısından çoxunun məhsulu çıxarılıb, hər hektardan orta hesabla 130 sentnerdən artıq kartof yığılıb. İstehsal olunan məhsulun çox hissəsi rayonda mövcud olan soyuducu anbarlara tədarük edilib.
Ümumilikdə, bu il rayondakı suvarılan sahələrin 2 min hektara yaxını müxtəlif tərəvəz bitkiləri altındadır. Kartof, xiyar, pomidor, bibər, soğan, sarımsaq və digər tərəvəzlər, həmçinin bostan məhsulları da yığılır.
“Şərurun səsi” qəzeti