Culfa rayonu turizm üçün əlverişli məkandır - FOTOLAR

A- A A+

Turizm müasir dünya iqtisadiyyatında mühüm yer tutur. O, iqtisadi cəhətdən gəlirliliyinə və mədəniyyətlərarası dialoqdakı roluna görə xüsusilə əhəmiyyətə malikdir. Turizm həm də cəmiyyətin iqtisadi və mədəni tərəqqisinin bir göstəricisidir. Turizmin inkişaf etdirilməsi muxtar respublikamızda daim diqqət mərkəzindədir. Doğrudan da, muxtar respublikamıza səfər edən qonaqlarda dərin təəssürat yarada biləcək bir çox turizm növləri üçün bu diyarda geniş imkanlar mövcuddur.

Hazırda Naxçıvana səyahət edən turistlər üçün çox geniş məzmunlu tanışlıq imkanları yaradan şərait vardır. Artıq Culfa rayonunun bütün yaşayış məntəqələrində yaradılmış şərait, tarix-mədəniyyət abidələrinin bərpası bura gələn turistlərin marağına səbəb olub. Çünki rayonun turizm marşrutları zəngindir. Əlincə-Boyəhməd, Culfa-Gülüstan istiqamətində hərəkət edən turistlərə günlərlə istənilən qədər maraqlı obyekti təqdim olunması mümkündür. Qeyd edək, son 6 ayda ölkəmizin ayrı-ayrı bölgələrindən və xaricdən rayonumuza mindən çox turist gəlib. Təkcə muzeylərimi 8 mindən artıq adam ziyarət edib, onlardan 429-u əcnəbi vətəndaşlardır. Qonaqların  əksəriyyəti "Əlincəqala" və "Gülüstan" Tarix-Mədəniyyət Muzeylərində olub, Xanəgah Abidələr Kompleksini gəzib, rayonun ərazisində yerləşən tarix-mədəniyyət abidələri haqqında ətraflı məlumat alıb, Teyvaz, Gal, Şurud, Ərəfsə, Boyəhməd və Ləkətağın əsrarəngiz təbiətini seyr ediblər.  Turistlər rayonun gəzməli, görməli yerlərindən xoş təəssüratla ayrılıblar.

 

                                                                            “Arazın səsi” qəzeti

 

 

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: