Qarğıdalı sahələri bol məhsuldan xəbər verir

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şərur rayonunda qarğıdalı bitkisinin əkilib-becərilməsi üçün münasib torpaq-iqlim şəraiti mövcuddur. Əvvəlkilərdən fərqli olaraq artıq həm əkində, həm becərmə tədbirlərində, həm də yığımda əsas işlər texnikanın gücü ilə görülür. Buna görə də qarğıdalı dəni istehsalı üçün xərclənən vəsait aşağı düşür, son nəticədə gəlir yüksək olur. Bu da qarğıdalı əkini sahələrinin ildən-ilə genişlənməsinə marağı artırır.

Bu il kəndlərdə 700 hektardan çox dən üçün qarğıdalı əkilib. Artıq yamyaşıl qarğıdalı kolları yavaş-yavaş saralır. Bu isə o deməkdir ki, məhsul yetişir və yaxın həftələrdə yığıma başlanacaq. Bu işin vaxtında başa çatdırılması üçün nəzərdə tutulan biçin texnikası hazırlanıb.

Mütəxəssislərin gəldiyi qənaət belədir ki, hər hektardan orta hesabla 40-45 sentner qarğıdalı dəni götürmək mümkündür.

                                                                   “Şərurun səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: