Yaycıda soğan yığımına başlanıb

A- A A+

Son illər muxtar respublikamızda bir çox sahələrdə olduğu kimi, kənd təsərrüfatının inkişafında da uğurlar əldə edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində kənd təsərrüfatında dinamik inkişaf sürətlənir. Bazarlarımızın yerli məhsullarla təminatında irəliləyiş nəzərəçarpan dərəcədə yaxşılaşır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə  təsdiq olunan "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı" muxtar dövlətimizdə kənd təsərrüfatının inkişafının davamlılığını təmin edir.

Muxtar dövlətimizdə kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı bu cür Dövlət Proqramının qəbulu həm əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, təsərrüfat adamlarının torpağa bağlılığının artırılmasına, yeni iş yerlərinin yaradılmasına, həm də əhalinin yerli məhsullarla təmin olunmasına xidmət edir.

NUHÇIXAN xəbər verir ki, Culfa rayonunun digər kəndlərində olduğu kimi, Yaycıda da cari ildə tərəvəzçiliyə diqqət artıb. Kəndin təsərrüfat adamları 681 hektar sahədə dənli-paxlalı, 26 hektar sahədə kartof, 18 hektar sahədə soğan, 11 hektar sahədə sarımsaq, 48 hektar sahədə tərəvəz əkini aparıblar. Hazırda Yaycıda soğan yığımına başlanıb.

Sahələrə düzgün aqro­texniki qaydada qulluq göstərdiyimdən bol məhsul yetişib. Əvvəllər kənardan gətirilən soğan toxumları məhsuldarlığı aşağı salırdı. Artıq bir neçə ildir ki, yerli soğan sortlarından istifadə edilir, eyni zamanda növbəli əkinə üstünlük verilir.

Bu il soğan əkilmiş sahələrin  suvarılmasında heç bir çətinlik  olmayıb. Əvvəlki illərdə olduğu kimi, bu il də əkin sahələrini rahat suvarmaq üçün su kanalları lildən təmizlənb, su arxları yenilənib. O cümlədən, əkin sahələrini vaxtında su ilə təmin etmək məqsədi ilə Yaycı gölü su ilə doldurulub, "Yaycı-1", "Yaycı-2" nasos stansiyaları saz vəziyyətə gətirilib.

Bazarda Yaycı soğanına tələbat həmişə yüksək olub. Bu il soğanın 1 kiloqramının qiyməti 60 qəpikdən 1 manata qədər dəyişir.

“Arazın səsi” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: