Daşınmaz əmlak və torpaqla bağlı müraciətlər diqqətdə saxlanır

A- A A+

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şərur Rayon İdarəsi   tərəfindən 2019-cu ilin iyul ayında da daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə nəzarət diqqətdə saxlanılıb.

Ay ərzində 24 daşınmaz əmlak obyektinin texniki pasportu, 96 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb. Texniki sənədlərin hazırlanması zamanı 40 müayinə aktı, 2 bölmə və birləşmə planı tərtib edilərək arxiv sənədlərinə əlavə olunub.

Vətəndaşların müraciətləri əsasında  27 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 105 arayış hazırlanaraq təqdim edilib, 15 vətəndaşın şifahi müraciətinə baxılıb və qanunvericiliyin tələblərinə uyğun həll edilib.

Çəmənli və Həmzəli kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş 23 müraciət əsasında mülkiyyət sənədləri hazırlanaraq hüquq sahiblərinə təqdim olunub.

                                                                   “Şərurun səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: