Şərur rayonunun sosial-iqtisadi inkişafı qənaətbəxşdir

A- A A+

2019-cu ilin yanvar-iyul aylarında Şərur rayonunda 56 milyon 228 min manatlıq sənaye məhsulu istehsal olunub. Bu isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.

İqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 44 milyon 970,6 min manat və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox investisiya yönəldilib.

Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 43 milyon 95,3 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz çoxdur.

Kənd təsərrüfatlarında 81 milyon 561,6 min manatlıq məhsul istehsal edilib. Bu isə 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 3,3 faiz çox deməkdir.

   

                                                                   “Şərurun səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: