NUHÇIXAN xəbər verir ki, son illər Şərur rayonunda 13 müasirtipli soyuducu anbar tikilib. Anbarlara mövsümün meyvə və tərəvəz məhsullarının qəbuluna başlanıb. Anbarlar rayonun Danyeri, Qaraburc, Məmmədsabir, Düdəngə, Püsyan, Cəlilkənd, Çərçiboğan, Çomaxtur, Aşağı Aralıq və Yuxarı Aralıq kəndlərindədir. Soyuducu anbar sahibləri tədarükdən əvvəl meyvə-tərəvəz məhsullarının istehsalı ilə məşğul olan fermerlər və fərdi təsərrüfat sahibləri ilə əlaqə saxlayıb onların sifarişlərini qəbul edirlər.
Məhsul sahibkarlardan dəyəri yerində ödənilməklə saxlama barədə müqavilə bağlanaraq anbarlara yığılır. Anbarlarda müsbət temperaturda keyfiyyətini itirməyə meyilli olan qidaların aşağı temperaturda mühafizəsinə texniki imkanlar yaradılıb. Havanın temperaturuna gündəlik nəzarət olunur.
Hazırda Çərçiboğan kəndində 1000 tonluq yeni soyuducu anbar inşa olunur.
Mədinə Rəhimli